“Fiorentina” Montella ilə yoluna davam edəcək

"Fiorentina"nın yeni sahibi Rokko Kommisso komandanın baş məşqçisi Vinçentso Montella ilə bağlı qərarını açıqlayıb.

SİA klubun saytına istinadən xəbər verir ki, o, 44 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini bildirib.

Qeyd edək ki, Montella apreldə İtaliya təmsilçisinə qayıdıb. Onun rəhbərliyi altında komanda keçirdiyi 8 matçın heç birində qələbə qazana bilməyib. İtaliyalı mütəxəssis 2012-2015-ci illərdə də “Fiorentina”nı çalışdırıb. Lakin rəhbərliklə münasibətlərinin korlanması səbəbindən 2014-2015-ci il mövsümünün sonunda komandanı tərk edib. O, 2015-2016-cı illərdə “Sampdoriya”nı, 2016-2017-ci illərdə isə “Milan”ı çalışdırıb. 2017-ci ilin noyabrında “Milan” rəhbərliyi tərəfindən istefaya göndərilib.

28 dekabr 2017-28 aprel 2018-ci illərdə 4 ay müddətinə “Sevilya”nı çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə