Keçmiş ulduzlar məşqçi lisenziyası alıblar

Futbol üzrə İspaniya millisinin sabiq futbolçuları Xavi Hernandes, Raul Qonsales və Xabi Alonso UEFA-nın Pro kateqoriyasının məşqçi lisenziyasını alıblar. Qol.az-ın "Diario Sport"a istinadən yaydığı xəbərə görə, onlar aprel 22-dən keçirilən xüsusi kursu müvəffəqiyyətlə başa vurublar.

Qeyd edək ki, Xavi "Əl-Sədd"i, R.Qonsales "Kastilya"nı, X.Alonso isə "Real Sosyedad"ın əvəzedici komandasını çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə