Ronaldo Xamesi "Yuventus"a gətirir?

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Real"ın oyunçusu Xames Rodriqesi Turin klubunda görmək istəyir. "AS" nəşrinin yaydığı xəbərə görə, bu barədə "Bavariya"nın sabiq futbolçusu Lothar Mattheus məlumat verib: "Xamesin gələcəyini "Yuventus"da görürəm. O, Kriştiano ilə yaxın dostdur. Xames mənə Ronaldonun onu komandasında görmək istədiyini söylədi. Onların yenidən yaxşı ikili olacağını düşünürəm".

Qeyd edək ki, Ronaldo və Rodriqes 2014-2017-ci illərdə "Real"da birgə oynayıblar. Kolumbiyalı yarımmüdafiəçi 2017-2018 mövsümündə "Bavariya"ya icarəyə verilib və ay Madrid təmsilçisinə qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...