UEFA millimizdəki ən yaxşı futbolçuları açıqladı

Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsindəki ilk 3 oyunundan sonra yığmanın ən yaxşıları açıqlanıb.

UEFA-nın saytında dərc olunan statistikaya görə, komandanın ən yaxşısı Riçard Almeyda olub. O, 425 xalla ümumi sıralamanın 186-cı pilləsində qərarlaşıb. Millinin seçmə mərhələdəki 3 qolundan ikisinin müəllifi olan Ramil Şeydayevin 422 xalı var və o, komandada 2-ci, ümumi cədvəldə 188-ci yeri tutur. İlk "3-lüy"ü Bədavi Hüseynov qapayır. Təcrübəli müdafiəçi 350 xalla 276-cı yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə