"Mançester Siti" Kayl Uoker ilə müqavilə yeniləyəcək

"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker klubu ilə müqavilə yeniləyəcək. "Goal" nəşrinin yazdığına görə, tərəflər artıq bu məsələdə razılığa gəliblər. 29 yaşlı futbolçu "şəhərlilər"lə 2 illik yeni müqaviləyə imza atacaq. Qeyd edək ki, ingiltərəli oyunçunun "Mançester Siti" ilə hazırkı sözləməsinin müddəti 2022-ci ilin yayına qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə