Milli Qurtuluş Gününə həsr olunmuş futbol və şahmat turnirinin mükafatlandırma mərasimi keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə ərazi ilk partiya təşkilatları arasında keçirilən Milli Qurtuluş Gününə həsr olunmuş futbol və şahmat turnirinin mükafatlandırma mərasimi olub. SİA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) İdman Kompleksində təşkil edilən mərasimində YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Zahid Xəlilov küçəsi 23 (Bakı Dövlət Universiteti) YAP Ərazi İlk Partiya Təşkilatının sədri Bəxtiyar Nəbiyev, BDU-nun rektorunun müşaviri Əliş Ağamirzəyev BDU-nun İdman Klubunun müdiri Akif Atakişiyev, qalib komandalar və digərləri iştirak ediblər.

T.Əhmədov çıxış edərək Milli Qurtuluş Günü haqqında danışıb. Təşkilat sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycanı paraçalanmaqdan xilas etdiyini, Onun ölkəmizin inkişafı, xalqımızın rifahı istiqamətində ömrünün sonuna qədər çalışdığını vurğulayıb.

O, turnir iştirakçılarının sağlam idman mübarizəsi şəraitində yarışdıqlarını, yüksək idman mədəniyyəti göstərdiklərini bildirib və qalibləri təbrik edib.

Sonra həm futbol, həm də şahmat turnirinin qalibləri mükafatlandırılıblar. Qalib komandalara kubok, medallar, diplomlar və pul mükafatları təqdim olunub.

Futbol turnirində birinci yerə finalda Bakı Dövlət Universitetinin komandasını 0:1 hesabı ilə məğlub edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası layiq görülüb. BDU-nun komandası ikinci, Bakı Metropoliteninin komandası isə üçüncü olub.

Şahmat yarışında isə birinci yerdə Bakı Dövlət Universiteti, ikinci yerdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, üçüncü yerdə isə Azərbaycan İlahiyyət İnstitutunun komandası qərarlaşıb.

Qeyd edək ki, hər iki turnirdə komandalar olimpiya sistemi ilə mübarizə aparıblar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...