İtaliya “İnter”indən ilk transfer

"İnter" yeni mövsümün ilk transferini reallaşdırıb. SİA “sports.ru” saytına istinadən xəbər verir ki, "Soşo"nun yarımmüdafiəçisi Lüsyen Aqume İtaliyaya köçüb.

17 yaşlı hücumameyilli oyunçu ilə "Mançester Siti" və "Barselona" da maraqlanırdı. Lakin "neradzurra" bu mübarizədən qalib ayrılaraq, Fransanın U-17 yığmasının üzvünü heyətinə qatıb. Bu keçid üçün italyanlar qarşı tərəfə 4,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Lüsyen Aqume ötən ildən "Soşo"nun əsas komandasında çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə