"Real" üçüncü transferini həyata keçirib

"Real" növbəti transferini həyata keçirib.

SİA klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Lion"un müdafiəçisi Ferlan Mendini heyətinə cəlb edib. 24 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Real"ın 48 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, F.Mendi ötən mövsüm "Lion"da 44 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.

Fransa millisinin baş məşqçisi Didye Deşam dünən "Lion"un müdafiəçisinin Madrid təmsilçisinə keçmək üzrə olduğunu bildirmişdi: "Mendi iki il əvvəl ikinci liqada oynayırdı. İndi isə "Real"a transfer olunmağın bir addımlığındadır".

Xatırladaq ki, "Real" bundan əvvəl Eden Hazard və Luka Yoviçi alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə