Qvardiola 20 milyon avroluq təklifi niyə rədd edib?

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Yuventus"un təklifini rədd edib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis Turin təmsilçisinin ilinə 20 milyon avro qazanacağı təklifini müsbət cavablandırmayıb. O, Mançester klubunda işini davam etdirməyi daha üstün tutub.

Qeyd edək ki, Qvardiola ötən mövsüm "Mançester Siti" ilə ölkə çempionu olub, İngiltərə liqa kuboku və İngiltərə superkubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə