"Real" Luka Yoviçi ictimaiyyətə təqdim edib

"Real" "Ayntraxt"dan aldığı Luka Yoviçi ictimaiyyətə təqdim edib. Klubun rəsmi saytında yer alan xəbərə görə, təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Meydana daxil olaraq, azarkeşləri salamlayan 21 yaşlı futbolçu fotosessiya zamanı "kral klubu"nun emblemini öpüb.

"Real"a keçidi ilə bağlı təəssüratlarını bölüşən Yoviç özünü dünyanın ən xoşbəxt insanı hesab etdiyini bildirib: "Hazırda dünyada ən xoşbəxt oğlan mənəm, çünki məşhur klubla müqavilə bağladım. "Real"a titul qazandırmaq üçün bütün gücümü ortaya qoyacağam. İnanıram ki, düzgün seçim etmişəm". Qeyd edək ki, Yoviç "Real"a 6 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...