Nazir müavini vətəndaşlarla görüşüb - FOTOLAR

Bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda 7-dən çox vətəndaş iştirak edib.

Onlardan 2 nəfər gənclər sahəsi, 1 nəfər idman avadanlığının verilməsi, 1 nəfər fəxri adın verilməsi, 1 nəfər gənclər evinin tikintisi, 2 nəfər isə şəxsi məsələ ilə bağlı müraciət edib.

Müraciətlərin bir ismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib, bir qismi isə baxılması üçün icraya yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə