“Zirə” Adrian Skarlatake ilə müqaviləni yeniləyib

“Zirə” futbolçusu Adrian Skarlatake ilə müqaviləni yeniləyib. SİA-nın məlumatına görə, rumıniyalı müdafiəçi ilə sözləşmənin müddəti 1 illik uzadılıb. O, ötən ilin sentyabrından "Zirə"də çıxış edirdi.

Qeyd edək ki, "Zirə" bundan əvvəl Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca və Tellur Mütəllimovla da müqaviləni yeniləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə