Stolüstü tennisçilərimiz Çində təlim-məşqə başlayırlar

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət komandamız Çində təlim-məşq toplanışında iştirak edəcək. Azərbaycan Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, təlim-məşq toplanışı iyunun 24-27-də Çində keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.

Stolüstü tennisçilərimizin məşqçilər Ramil Cəfərovun və Elnur Hidayətzadənin rəhbərliyi ilə hazırlıq prosesi iyunun 12-dən 22-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə