Yakub Jezniçakın yeni klubu müəyyənləşib

"Qarabağ"dan ayrılan polşalı futbolçu Yakub Jezniçakın yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, 32 yaşlı müdafiəçi karyerasını vətənində davam etdirəcək. Təcrübəli oyunçu Ploçk şəhərini təmsil edən "Visla" klubuna keçib. Jezniçakla 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli formada çıxış edəcək.

"Visla" ötən mövsüm Ekstraklasını 14-cü sırada başa vurub.

Qeyd edək ki, Jezniçak 2017-ci ildə "Qarabağ"a "Legiya"dan keçmişdi. O, Ağdam klubunda 46 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə