Sloveniyalı qolkiper "Atletiko"dan gedir

Daha bir futbolçu "Atletiko"dan ayrılmağa qərar verib. Qol.az-ın "ESPN"ə istinadən yaydığı xəbərə görə, bu, komandanın qapıçısı Yan Oblakdır. Sloveniyalı qolkiperin növbəti mövsüm "Mançester Yunayted"dən oynamaq istədiyi bildirilib. Xəbərdə Oblakın qiymətinin 120 milyon avro olduğu vurğulanıb. "Qırmızı şeytanlar" bu məbləği ödəyəcəyi təqdirdə, 26 yaşlı qapıçı Mançester təmsilçisinə keçəcək.

Qeyd edək ki, bundan əvvəl Antuan Qrizmann, Dieqo Qodin, Xuanfran və Filipe Luis Madrid klubundan ayrılacağını açıqlayıb. Əlavə edək ki, Oblakla "MY" ilə yanaşı, PSJ-nin də maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə