Milli Qurtuluş Gününə həsr olunmuş futbol turnirinə start verilib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə ərazi ilk partiya təşkilatları arasında Milli Qurtuluş Gününə həsr olunmuş futbol turnirinə start verilib. SİA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) futbol meydançasında keçirilən yarışın açılış mərasimində YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Zahid Xəlilov küçəsi 23 (Bakı Dövlət Universiteti) YAP Ərazi İlk Partiya Təşkilatının sədri Bəxtiyar Nəbiyev, BDU-nun İdman Klubunun müdiri Akif Atakişiyev və digərləri iştirak ediblər.

T.Əhmədov Milli Qurtuluş Gününün ölkəmiz və xalqımız üçün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan uğrunda misilsiz xidmətlərindən danışıb.

O, yarış iştirakçılarına uğurlar arzulayıb.

B.Nəbiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əldə olunması, dövlətçiliyimizin güclənməsi, ölkəmizin inkişafı uğrunda gördüyü işlərdən söz açıb, Onun xalqımızın yaddaşında əbədi olaraq dahi lider kimi qalacağını vurğulayıb.

A.Atakişiyev isə iştirakçı komandalara qaydalar haqda məlumat verib.

Daha sonra yarışın ilk oyunu başlayıb. Birinci görüşdə "Azərsu" ASC və "Aztelekom" İB komandaları qarşılaşıblar.

Qeyd edək ki, yarışda 8 komanda olimpiya sistemi ilə mübarizə aparır.

Turnirin final qarşılaşması iyunun 14-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...