Voleybol üzrə millimiz Belarus yığması ilə qarşılaşıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Qızıl Avropa Liqası”nda ilk oyununu keçirib. SİA-nın məlumatına görə, millimiz Minskdə Belarus yığması ilə qarşılaşıb. Rusiyalı baş hakim Olqa Zaxarovanın idarə etdiyi oyunda Belarus yığması 3:2 hesabı ilə qalib gəlib.

“C” qrupunda yer alan millimiz Belarus yığması ilə yanaşı, Finlandiya və İspaniya seçmələri ilə də qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə