Ronaldo bombardirlər yarışında 4-cü olub

İtaliya A Seriyasında 2018-2019 mövsümünün ən məhsuldar futbolçusu müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Sampdoriya"nın hücumçusu Fabio Kualiyarella bütün rəqiblərini qabaqlayıb. Çempionatı 26 qolla başa vuran təcrübəli forvard bombardirlər yarışında birinci olub. O, qollardan 9-nu penaltidən vurub.

"Milan"dan Kşiştof Piotek və "Atalanta"dan Duvan Sapata 22 qolla 2-3-cü yerləri bölüşdürür. Ötən yay "Real"dan "Yuventus"a keçən Kriştianu Ronaldo isə A Seriyasındakı debüt mövsümünü 21 qolla başa vurub. Portuqaliyalı superulduz bu göstərici ilə bombardirlərin yarışında 4-cü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə