"Səbail" Yevgeni Koçukla yollarını ayırıb

Avropa Liqasına vəsiqə qazanan "Səbail"də ayrılıq baş verib. SİA-nın məlumatına görə, Moldova millisinin üzvü Yevgeni Koçuk komandanı tərk edib. 25 yaşlı yarımmüdafiəçi daha yaxşı şərtlərlə yeni müqavilə imzalamaq istəyib. Ancaq tərəflər anlaşmayıb. Futbolçu hazırda azad agent statusunu daşıyır.

Koçuk cari mövsüm 27 oyunda 4 qol vurub.

"Səbail" Ruslan Qurbanov, Tamazi Tsetsxladze, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberri ilə yolları ayırıb. Paytaxt klubu Rahid Əmirquliyev, Aleksandr Rıbka, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Vüqar Bəybalayevlə müqaviləni uzadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə