"Çelsi"nin daha bir futbnolçusu zədələnib

"Çelsi"nin Avropa Liqasının finalında Bakıda "Arsenal"la keçirəcəyi final matçı ərəfəsində daha bir futbnolçusu zədələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Nqolo Kante son məşqlərdən birində dizindən zədələnib. Fransa millisizinin üzvünün zədəsi ciddidir. Onun böyük ehtimalla final matçını buraxacağı bildirilir.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də zədə sbəbindən oynamayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...