Amerikalı modelin vəkilləri Ronaldonun ünvanını axtarır

"Yuventus"un ulduzu Kriştiano Ronaldo barəsində 2009-cu ildə Las Veqasdakı bir oteldə Katrin Mayorqaya təcavüz etməsi iddiası ilə bağlı açılan istintaqda yenilik var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, amerikalı modelin vəkilləri portuqaliyalı futbolçunu məhkəmə qarşısına çıxarmaq üçün onun Turində yaşadığı ünvanı axtarır.

ABŞ qanunlarına görə, məhkəmə bildirişləri yalnız ünvana çatdırıldıqda keçərli sayılır. İtaliya qanunlarına görə isə məhkəmə bildirişləri elektron yolla da təqdim oluna bilər. İddialara görə, Ronaldonun vəkilləri məhz bu səbəbdən onun ünvanını gizli saxlayır. Mayorqanın vəkilləri isə onu məhkəməyə çıxarmaq üçün ünvan axtarışına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə