Lüis Hemilton Monako Qran Prisinin qalibi olub

Formula 1 üzrə Monako Qran Prisinə yekun vurulub. SİA-nın məlumatına görə, "Mercedes"in pilotu Lüis Hemilton yarışda birinci yerə çıxıb.

O, 78 dövrəlik mübarizənin yekununda finişə 1 saat 43 dəqiqə 28,437 saniyəyə çatıb. İkinci yeri "Ferrari"nin pilotu Sebastyan Fettel tutub. Üçüncü yer isə Hemiltonun komanda yoldaşı Valtteri Bottasa qismət olub.

Əslində finişə ikinci yerdə "Red Bull" pilotu Maks Ferstappen çatıb. Amma o, yarışın gedişində pit-stopa təhlükəli girişi üzündən 5 saniyə cərimələnib. Bu səbəbdən, Ferstappen yekunda 4-cü olub.

Qeyd edək ki, bu, britaniyalı 5 qat dünya çempionu Lüis Hemiltonun karyerasında 77-ci qələbəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə