U-19-un heyətində dəyişiklik edilib

Təlim-məşq toplanışını Qəbələdə davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib. SİA-nın məlumatına görə, “Keşlə” klubundan dəvət edilən Əkbər Vəliyev zədələndiyi üçün hazırlıq prosesindən kənarlaşdırılıb. Əvəzində Veysəl Rzayev (“Qəbələ”) toplanışa dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə