"Atalanta"nın tarixində ilkə imza atan baş məşqçinin etirafı

İtaliyanın “Atalanta” klubunun baş məşqçisi Can Pyero Qasperini növbəti mövsümdən UEFA Çempionlar Liqası turnirində iştirak edəcəkləri ilə əlaqədar fikirlərini bildirib.

Bu nəticənin memarı deyib: “Çempionlar Liqasına düşməyi arzulamaq belə bizim üçün çətin idi. Biz əvvəllər heç vaxt bunu bacarmamışdıq. Bu dəfə isə buna layiqli və məsuliyyətli şəkildə nail olduq. Mən hesab edirəm ki, “Atalanta” gələn mövsüm Çempionlar Liqasında layiqli mübarizə aparacaq”.

Qeyd edək ki, “Atalanta” futbol üzrə İtaliya çempionatının son turunda “Sassuolo”ya 3:1 hesabı ilə qalib gəlməklə tarixinin ən böyük nəticəsinə imza atıb. Can Pyero Qasperininin yetirmələri çempionatı üçüncü pillədə bitirməklə növbəti mövsümdən klub tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqası turnirində iştirak etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə