"Arsenal"ın sabiq hücumçusu rəsmən karyerasını bitirdi

"Arsenal"ın sabiq hücumçusu Maruan Şamax futbolla vidalaşıb.

SİA-nın "sports.ru" saytına istinadən yaydığı xəbərə görə, bu barədə mərakeşli oyunçu özü məlumat verib:

"Faktiki olaraq, 2 ildir futbolla qurtarmışam. Ailəmə daha yaxın olmaq istəyirdim. İndi isə karyeramı başa vurduğumu rəsmən elan edə bilərəm".

Şamax məşqçiliyə başlayacağını da gizlətməyib: "Məşqçi və ya məsləhətçi kimi futbola qayıtmağı planlaşdırmırdım. Amma hiss edirəm ki, artıq futbol üçün darıxıram. Lisenziya aldıqdan sonra bu işə məsuliyyətlə yanaşacağam".

Qeyd edək ki, 2010-2013-cü illərdə "Arsenal"ın formasını geyinən Şamax "Bordo", "Kristal Pelas", "Kardiff" və "Vest Bromviç"dəki çıxışı ilə də yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə