Şeydayevin komandası elitada qalmaq üçün “play-off” oyununa çıxacaq

Rusiya Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulub.

SİA-nın məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" sonuncu -30-cu turda səfərdə SSKA ilə qarşılaşıb. Azərbaycanlı forvardın start heyətdə meydana çıxdığı və 90 dəqiqə oynadığı matçda Samara təmsilçisi 0:6 hesabı ilə uduzub.

Oyundan dərhal sonra “Krılya Sovetov”un baş məşqçisi Miodraq Bojoviç emosional şəkildə fikirlərini bildirib: “Deməyə sözüm yoxdur. Bütün Samara xalqından üzr istəyirəm. Bİz ikinci hissəni çox pis keçirdik. İndi artıq küy yaratmağa ehtiyac yoxdur. “Play-off” oyunlarından sonra hər hansı qərar qəbul edəcəyik. Bizim 6 əsas oyunçumuz zədəli idi. Hər halda, əgər biz turnir cədvəlində bu mövqeni tutmuşuqsa, deməli, oyunumuzla buna layiqik. Artıq bizim beynimizdə “Nijni-Novqorod”la oyunlardır. Mən məsuliyyəti öz üzərimdən atmıram və özümü də günahkar sayıram”.

Qeyd edək ki, mövsümü 28 xalla 13-cü pillədə başa vuran "Krılya Sovetov" elitada qalmaq üçün birinci liqada 4-cü sıranı tutan "Nijniy Novqorod" ilə "play-off" oyununa çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə