Üçlük, qrup və aero dans proqramlarında mükafatlandırma mərasimi olub FOTOLAR

Bakıda Milli Gimnastika arenasında aerobika gimnastika üzrə 11-ci Avropa çempionatının gənclər arasında üçlük, qrup və aero dans proqramlarında mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, üçlük proqramında birinci yerin sahibi Rusiya gimnastları (ikinci komanda), ikinci yer – rumıniyalı üçlük, üçüncü yer – Rusiya təmsilçiləri (birinci komanda).

Mükafatları Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qaibov, aerobika gimanstikası üzrə Texniki Komitənin üzvü Vladislav Oskner və aerobika gimnastikası üzrə Azərbaycan yığmasının məşqçisi Cəmilə İsmailova təqdim ediblər.

Qruplar arasında birinci yerə rusiyalı gimanstlar yüksəlib. İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq İtaliya və Macarıstan idmançılar olub.

Qalibləri UEG-in İcra Komitəsinin üzvü Andrey Rodionenko, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Lefki Ferentino və Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Rafiq Behbudov mükafatlandırıblar.

Aero dans proqramında birinci yerə Rusiya gimasntları, ikinci yerə Rumıniya gimnastları, üçüncü yerə isə Macarıstan təmsilçiləri çıxıb.

Qaliblərə mükafatları UEG-in vitse-prezidenti Mişel Butar, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Alina draqan və yarışların direktoru Natalya Bulanova təqdim ediblər.

Xatırladaq ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə