DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 28 May - Respublika Günü münasibətilə uşaqlar arasında sürətli şahmat üzrə turnir keçirilib. SİA-nın verdiyi məlumata görə, DTX-nin Mədəniyyət Mərkəzinin Şahmat Klubunun təşkilatçılığı ilə keçirilən turnirdə əsasən Mərkəzin şahmat məktəbinin 6-13 yaşlı 40-a yaxın yetirməsi mübarizə aparıb.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qaydaları çərçivəsində altı turdan ibarət olan yarış iki gün - mayın 25-26-da təşkil edilib.

Yarışın bağlanış mərasimində şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvləri, beynəlxalq dərəcəli qrossmeysterlər Türkan Məmmədyarova və İlahə Qadimova, eləcə də Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli qrossmeyster Cahangir Ağarəhimov qalibləri və turnirdə fərqlənən uşaqları 28 May - Respublika Günü münasibətilə təbrik edib, onlara sertifikatlar təqdim ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...