"Napoli"dən son tur məğlubiyyəti

İtaliya A Seriyasında 2018/2019 mövsümünün son turuna start verilib.

SİA-nın məlumatına görə, ilk oyun günndə iki oyunkeçirilib. Günü ilk oyununda “Frosinone” və “Kyevo” üz-üzə gəlib. Oyunda hesab açılmayıb.

Günün ikinci oyununda “Napoli” "Bolonya"nın qonağı olub və 2:3 hesabı ilə uduzub. “Bolonya”nın qollarına Santander (43-cü dəq.), Cemaili (45-ci dəq.) və Santander (88-ci dəq.) imza atıblar. “Napoli”nin heyətində Qulam (57-ci dəq.) və Mertens (77-ci dəq.) fərqləniblər.

Beləliklə, "Napoli" turniri 79 xalla 2-ci pillədə başa vurub. Çempion "Yuventus"un 90, 3-cü pillədə olan "Atalanta"nın isə 66 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə