Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalçılarından biri – İngiltərənin "Arsenal" klubu bu gün Bakıya gəlib.

SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisini gətirən təyyarə yerli vaxtla saat 19:45-də Heydər Əliyev Hava Limanına eniş edib.

"Arsenal" paytaxtımızda "Alov qüllələri"ndə yerləşən "Fairmont" otelində qalacaq.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq həlledici oyunda "Çelsi" və "Arsenal" klubları qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə