"Yuventus" gənc hücumçusu Moyze Kinlə yeni müqavilə imzalayacaq.
Qol.az-ın "goal.com"a istinadən yaydığı xəbərə görə, 19 yaşlı forvardın sözləşməsinin müddəti 2024-cü ilə qədər uzadılacaq. Yeni anlaşmaya əsasən, o, illik 2 milyon avro və əlavə bonuslar qazanacaq.
Qeyd edək ki, bu mövsüm "Yuventus"un heyətində ümumilikdə 16 oyun keçirən Kin 7 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə