"Qəbələ" doğma şəhərində Azərbaycan kubokunun təqdimatını edəcək. SİA-nın məlumatına görə, mayın 19-da Naxçıvanda qazanılan mükafat əlamətdar gündə Qəbələyə aparılacaq.
Klubun əldə etdiyi ilk kubok 28 may - Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.
Qeyd edək ki, “Qəbələ” Azərbaycan kubokunun finalında “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə