"Qalatasaray" son turda uduzub: son turun nəticələri

Futbol üzrə Türkiyə Super Liqasında sonuncu - 34-cü turun 4 oyunu keçirilib.

SİA-nın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış oyununda “Başakşəhər" "Alanyaspor"u qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Qonaqların müdafiəçisi Ceylan matçın 6-cı dəqiqəsində avtoqol müəllifi olmaqla “Başakşəhər”i hesabda irəli keçirib. Oyunun 16-cı dəqiqəsində isə Fernandes hesabı bərabərləşdirməklə meydan sahiblərinin 3 xal qazanmasına mane olub.

Ötən tur çempionluğunu rəsmiləşdirən “Qalatasaray” səfərdə “Sivasspor”a uduzub - 3:4. “Qalatasaray”ın qollarına Linnes (2-ci dəqiqə) və dubl edən M.Çelik (34 və 82-ci dəqiqələr) imza atıblar. Meydan sahiblərinin qollarına isə dubl edən Rıbalka (43 və 77-ci dəqiqələr), H.Arslan (45-ci dəqiqə) və Kone (79-cu dəqiqə) adlarını yazdırıblar.

Bürünc medalın sahibi “Beşiktaş” isə “Kasımpaşa”nı qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin hər üç qoluna G.Yalçın imza atıb. “Kasımpaşa”nın qollarını 13-cü dəqiqədə Hayradinoviç, 67-ci dəqiqədə isə Koyta vurublar.

“Trabzonspor” son turda da qələbə qazanıb. “Bordo-mavililər” səfərdə “Rizəspor”a 3:2 hesabı ilə qalib gəliblər.

1.

Qalatasaray

34

20

9

5

72:36

69

2.

Basaksehir

34

19

10

5

49:22

67

3.

Beşiktaş

34

19

8

7

72:46

65

4.

Trabzonspor

34

18

9

7

64:46

63

5.

Yeni Malatyaspor

33

13

8

12

46:44

47

6.

Antalyaspor

33

13

6

14

38:52

45

7.

Alanyaspor

34

12

8

14

37:43

44

8.

Konyaspor

33

9

16

8

40:38

43

9.

Fənərbaxça

33

10

13

10

41:43

43

10.

Rizespor

34

9

14

11

48:50

41

11.

Sivasspor

34

10

11

13

49:54

41

12.

Kayserispor

33

10

11

12

35:48

41

13.

Ankaragücü

33

11

7

15

37:51

40

14.

Kasimpasa

34

11

6

17

53:62

39

15.

Göztəpə

33

10

5

18

35:41

35

16.

Bursaspor

33

6

16

11

26:36

34

17.

Erzurumspor

33

7

11

15

34:43

32

18.

Akhisarspor

33

6

8

19

33:54

26

Bütün xəbərlər Facebook səhifəmizdə