Londonlu əkizlər Avropa Liqasının finalını 70 dostu ilə birgə Bakıda izləyəcəklər

Bu gün dünyanın diqqəti Bakıda, azarkeşlərin ürəyi Bakı Olimpiya Stadionunda vurur. UEFA Avropa Liqasının finalına vəsiqə qazanmış iki İngilis futbol nəhəngi - Londonun "Arsenal" və "Çelsi" komandaları Bakıda qızıl medalın kimin qazanacağına aydınlıq gətirəcəklər. Amma bu möhtəşəm futbol bayramının ab-havasına xələl gətirən ziyankarlar da sakit oturmayıblar. Futbolu siyasətə qatanlar final oyununu ləğv etmək üçün min bir hiyləyə əl atırlar. İki nəhəng komandanın iştirakçı ərizəsində adı yazılan 46 oyunçunun hər biri Bakıda yaşıl meydanlara çıxacaqları günü səbirsizliklə gözləyirlər. Bircə erməni Mxitaryandan başqa... Onu boykot oyununa gətirənlər əslində UEFA-nın nufuzuna ciddi zərbə vururlar.

Bütün bunlara baxmayaraq dünyanın hər yerindən final qarşılaşmasını izləmək üçün Bakıya bilet alanların ardı-arası kəsilmir. İngiltərənin swlondoner.co.uk saytında maraqlı məqalə dərc olunub. Londonun Uondsuert rayonundan olan əkizlərin - Freddie və Cemie Villiers UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına baxmaq üçün 70-dən çox dostu ilə birlikdə çərşənbə axşamı yola çıxacaqları haqqında məlumat diqqət çəkir. Əkizlərdən Cemie UEFA-nın final oyununu Bakıya saldığı üçün tənqidlərə məruz qalmasına qarşı çıxır.

“Təkcə azarkeşlərə canlı oyun izləmək şansı yaratmaq üçün yox, həm də futbolun təşviqi üçün belə tədbirləri bütün bölgələrdə keçirmək lazımdır”, - Cemie bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə