"Başakşəhər" çempionatı heç-heçə ilə başa vurub

Futbol üzrə Türkiyə Super Liqasında sonuncu tura start verilib.

SİA-nın məlumatına görə, turun açılış oyununda “Başakşəhər" "Alanyaspor"u qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Qonaqların müdafiəçisi Ceylan matçın 6-cı dəqiqəsində avtoqol müəllifi olmaqla “Başakşəhər”i hesabda irəli keçirib. Oyunun 16-cı dəqiqəsində isə Fernandes hesabı bərabərləşdirməklə meydan sahiblərinin 3 xal qazanmasına mane olub.

Bu nəticə ilə xalını 67-ə yüksəldən İstanbul klubu turniri 2-ci pillədə başa vurub. Çempionluğu rəsmiləşdirən "Qalatsaray"ın 69, 3-cü yerdə olan "Beşiktaş"ın 62 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə