Messi "Liverpul"a məğlubiyyətdən danışdı

"Barselona"nın kapitanı Lionel Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 0:4 hesabı ilə uduzduqları cavab oyunu haqda danışıb. "El Mundo Deportivo"nun yaydığı xəbərə görə, o, deyib: "Mən Valverdenin yaxşı iş gördüyünüə inanıram. Ondan narazı olmaq düzgün deyil. Məğlubiyyətdə oyunçular məsuliyyət daşıyırdı. İki il ard-arda belə olmamalı idi. Həmin məğlubiyyətdən sonra hələ də bərpa oluruq. Şəxsən mənim üçün bu, ağır zərbə idi. Növbəti gün səhər ayılmaq mənə çətin idi. Komanda üçün də ağır oldu. Hazırda ancaq İspaniya kubokunu qazanmaq istəyirəm. Mövsümü yenə iki kubokla bitirə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə