Madrid "Real"ında ciddi ayrılıq yaşana bilər. Belə ki, klubun kapitanı olan Serxio Ramos kral klubundan ayrıla bilər. Nüfuzlu "Marca" nəşrinin yazdığına görə, 33 yaşlı müdafiəçi Madrid klubunu tərk etməyi planlaşdırır. Onun "Real"la, xüsusilə, klubun prezidenti Florentino Pereslə münasibətləri korlandığı üçün bu fikrə düşdüyü bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə