Bakıya gəlmiş erməni idmançılar: “Azərbaycan təhlükəsizdir” MÜSAHİBƏ- VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında erməni idmançılar da mübarizə aparır. SİA-nın məlumatına görə, Rusiya millisinin heyətində yarışan Qarsevan və Duxik Canasyan bacı-qardaşları açıqlamalarında Azərbaycanın tamamilə təhlükəsiz ölkə olduğunu vurğulayıblar:

Qarsevan Canasyan: “Hər şey yaxşıdır. Azərbaycan təhlükəsizdir. Bizi hər şey qane edir Azərbaycanda bizə heç bir təzyiq yoxdur. Bakı çox gözəl şəhərdir. İstidir, yağış yoxdur. İnsanlar çox ünsiyyətcil və həyatsevərdilər”.

Duxik Canasyan: “Həm yarış şəraiti, həm də təhlükəsizlik baxımından təşkilatçılıq əladır. Milli Gimnastika Arenasında idman zalı və məşq zalı mükəmməldir. Burada əsil idman atmosferi var. Bakı gözəl şəhərdir. Xüsusən də İçəri Şəhərə daxil olan kimi sanki başqa əsrə düşüb, kemişə qayıdırsan. Yerli əhali çox mehribandır. Burada müraciət edəndə hamı kömək etməyə çalışır. İdman siyasətdən ayrı olmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə