Frank Riberi İstanbul yolçusudur?

"Bavariya"dan ayrılmağa hazırlaşan Frank Riberi yenidən Türkiyədə çıxış edə bilər. Türkiyə mətbuatının yazdığına görə, "Qalatasaray" sabiq futbolçusunu heyətinə cəlb etmək istəyir. İstanbul klubu 36 yaşlı yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib. Riberiyə illik 2 milyon avro maaş təklif edilib.

Qeyd edək ki, Riberi 2004/05 mövsümündə "Qalatasaray"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə