Azərbaycan batutçuları Rusiyada qızıl medal qazanıblar

Krasnodarda batut gimnastikası üzrə Rusiya çempionatının final yarışları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançının qatıldığı turnirdə Azərbaycan gimnastları da uğurla çıxış ediblər. Belə ki, yarışlarda ölkəmizi təmsil edən böyük gimnastlarımız Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstərərək qızıl medal qazanıblar.

Yarışda çıxış edən gimnastımız Selcan Mahsudova turniri 4-cü, digər təmsilçimiz Hüseyn Abbasov isə 8-ci yerdə başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...