AL-in finalının açılış mərasimində ingiltərəli müğənni çıxış edəcək - VİDEO

UEFA Avropa Liqası turnirinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib. SİA-nınməlumatına görə, BOS-un tribunalarında öz yerini alacaq və televiziya ekranları qarşısında mərasimi izləyəcək tamaşaçıların zövqünü öz mahnıları ilə ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu oxşamağa çalışacaq.

Treysi Çapmanın “Fast car” kompozisiyasına hazırladığı remikslə qlobal populyarlıq qazanan Conas Blunun mahnıları o vaxtdan etibarən qlobal audio yayım (striminq) xidmətlərində 7.5 milyard dəfə dinlənilmiş, sinql satışı isə 40 milyona çatmışdır. O, 5 dəfə BRIT Mükafatı üçün irəli sürülmüş, 4 dəfə Birləşmiş Krallıqda ən çox satılan 5 sinql arasına girmiş və dünyanın müxtəlif ölkələrində 120 dəfə “platinum” statusu qazanmışdır.

Tereza Reksin də iştirak etdiyi, son dərəcə uğurlu sonuncu “What I Like About You’ sinqlinin ərsəyə gəlməsi ilə Conas Blunun karyera yüksəlişi davam etmiş və karyerasında daha bir yeni səhifə açılmışdır. İndi isə o, Bakıdakı peformansına hazırlaşır və bu performansı izləməyə dəyər!

Jack & Jack qrupunun da yer aldığı enerjili “Rise” parçası 2018-ci ilin yayının ən böyük qlobal hitlərindən olan Conas payız mövsümünü də “Polaroid” treki ilə fəth edib. “Polaroid” Conasın şayiələrə görə uzun müddətdir ki, birgə işlədiyi Liam Peyn və Neşvilldən olan aktrisa Lennon Stella ilə birlikdə ərsəyə gətirilib. Qeyd edilən iki hitin uğur qazandığı dövr arasında Conasın reytinq cədvəllərinə başçılıq edən super-ulduz Beki Hill və Detroytun haus janrı üzrə əfsanəvi DJ-i MK ilə uğurlu işbirliyi nəticəsində “Back & Forth” adlı mahnı işıq üzü görüb.

Bunun ardınca Conas 2018-ci ilin noyabr ayında öz debüt albomu olan “Blue” albomunu çıxarıb. 15 trekdən ibarət albomda populyarlığı sürətlə artan müğənni Nina Nesbitt, platin satış rekordu vuran kanadalı sənətçi Cessi Reyez, geniş profilli müğənni-bəstəkar Zak Abel, Şarlotta Ou Si və Qremmi mükafatı laureatı Puerto-Riko əsilli reper Cey Kortez ilə çalışmalar da yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB