"Tottenhem"in zədəli futbolçuları məşqlərə başlayıblar

"Tottenhem"in futbolçuları Yan Vertonqen, Harri Keyn, Davinson Sançes komanda ilə ümumi məşqlərə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sözügedən oyunçuların tam bərpa olmadığı bildirilsə də, onların tezliklə komandaya kömək etməyə hazır olacaqları vurğulanıb. Vertonqen, Keyn, Sançesin Çempionlar Liqasının finalında "Liverpul"la görüşə kimi tam sağalacaqları gözlənilir.

Qeyd edək ki, final oyunu iyunun 1-i Madriddə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə