Macarıstan millisinin sabiq qapıçısı karyerasını başa vurub

Macarıstan milli komandasının sabiq qapıçısı Qabor Kiray karyerasını başa vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kiray 43 yaşında əlcəklərini mıxdan asıb.

Qolkiper Macarıstan millisində 1998-2016-cı illərdə 108 oyun keçirib. O, "Herta", "Kristal Pelas", "Börnli", "1860 Münhen" kimi klublarda çıxış edib. Kiray karyersını futbola başladığı "Haladaş" klubunda son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə