"Lokomotiv" Rusiya kubokunun rekordçu qalibidir

Rusiya kubokunun qalibi bəlli olub.

SİA-nın məlumatına görə, həlledici görüşdə "Lokomotiv" və "Ural" klubları üz-üzə gəlib. Samarada keçirilən oyun Moskva klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Barinovun matçın 27-ci dəqiqəsində vurduğu qol moskvalıları ölkə kubokunun qalibi edib.

Qeyd edək ki, "Lokomotiv" tarixində 8-ci dəfə Rusiya kubokunu qazanıb ki, bu göstərici Rusiyada rekorddur. Belə ki, indiyə qədər “Lokomotiv” və “ÇSKA” kubokda 7 dəfə qalib gəlməklə bu göstəricidə şərik idilər.

Bütün xəbərlər Facebook səhifəmizdə