“Marsel” yeni mövsümə yeni baş məşqçi ilə başlayacaq

Fransanın "Marsel" klubunun baş məşqçisi Rudi Qarsiya bu mövsümün sonu vəzifəsini tərk edəcək.

SİA-nın “sports.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə 55 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında deyib. O, klub rəhbərliyinə bu qərarını bildirdiyini və istefasının qəbul olunduğunu vurğulayıb.

Qeyd edək ki, R.Qarsiya 2016-cı ildən "Marsel"i çalışdırır. O, 2008-2013-cü illərdə Fransanın “Lill” klubunun, 2013-2016-cı illərdə isə İtaliyanın “Roma” klublarını çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə