"Barselona"nın qapıçısı "Valensiya" ilə matçı buraxacaq

"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen İspaniya kubokunun finalında "Valensiya" ilə matçı buraxacaq. Klubun saytında yer alan məlumata görə, buna səbəb onun dizindəki zədəsinin hələ də sağalmamasıdır. 27 yaşlı qolkiperin bərpa müddətinin bir neçə həftə davam edəcəyi bildirilib. Qeyd edək ki, "Barselona" - "Valensiya" görüşü mayın 25-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə