Olivye Jiru Bakı finalı haqqında: "İndi damarlarımda mavi qan axır"

“Çelsi”nin hücumçusu Olivye Jiru Bakıda Avropa Liqasının “Arsenal” ilə final matçından gözləntilərini bölüşüb. Xatırladaq ki, forvard əvvəllər “Arsenal”ın heyətində çıxış edib. “Daily Mail” yazır ki, forvard bu barədə maraqlı fikirlər səsələndirib: “Keçmişdə heyətində oynadığım komandalara qarşı oynamaq xoşuma gəlir. Lakin hissiyyata qapılmamalıyam. Mən bu komandanın heyətində oynamaqdan zövq alırdım. Karyeramın böyük hissəsi bu komandada keçib. Mənim ilk İngiltərə klubum. O, mənim üçün daim xüsusi əhəmiyyət kəsb edəcək. İndi hiss edirəm ki, damarlarımda mavi qan axır. Yığmada olduğu kimi, mavi rəng mənə yaraşır. İkinci qələbəmi “Çelsi” ilə qazanmaq istəyirəm”.

Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qalib növbəti mövsümdə Çempionlar Liqasına birbaşa vəsiqə alacaq və Çempionlar Kubokunun sahibi ilə UEFA Superkuboku uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə