"Çelsi" 37 yaşlı qolkiperlə yeni sözləşmə imzalayıb

İngiltərənin "Çelsi" klubu Bakıda "Arsenal"a qarşı keçirəcəyi Avropa Liqasının final matçından əvvəl qapıçısı Villi Kabalyero ilə müqaviləni uzadıb. İngilis klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, 37 yaşlı qolkiperlə yeni sözləşmə 2019/2020 mövsümünün sonunadək nəzərdə tutulub.

"Göylər" argentinalı oyunçudan əvvəl fransalı hücumçusu Olivye Jiru ilə də 1 illik anlaşma əldə edib.

Qeyd edək ki, Kabalyero "Çelsi"yə 2017-ci ilin yayında "Mançester Siti"dən, Jiru isə 2018-ci ilin yanvarında "Arsenal"dan keçib. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...