"Borussiya" ikinci transferini rəsmən açıqlayıb

Almaniyanın "Borussiya" klubu ikinci transferini rəsmən açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatya görə, Dortmund təmsilçisi Münhenqladbax "Borussiya"sından 26 yaşlı belçikalı yarımmüdafiəçi Torqan Hazardı transfer edib. Bu transfer "Borussiya"ya 20 milyon avroya başa gəlib. Hazardla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Torqan Hazard bu mövsüm Bundesliqada 32 oyuna 10 qol vurub, 11 qol ötürməsi verib.

"Borussiya" daha öncə "Hoffenhaym"dan Niko Şultsu 27 milyon avroya transfer edib. Bundan əlavə, dortmundlular "Bayer"in vingeri Yulian Brandtın transferində anlaşma əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...