Miloş Velebit "Qəbələ" akademiyasının qonağı olacaq

Aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının koordinatoru Miloş Velebit "Qəbələ" akademiyasının qonağı olacaq. SİA-nın məlumatına görə, serbiyalı mütəxəssis Qəbələyə 3 günlük səfəri zamanı klubun bazası və iş prinsipləri ilə tanış olmaqla yanaşı, bəzi təqdimatlar da həyata keçirəcək.

"Yeniyetmə futbolçuların inkişafı - zirvəyə yol", "AFFA-nın uşaq futboluna dair proqramları" və "Oyun tərzi, fəlsəfəsi və prinsinpləri" başlıqlı mövzular həm teorik, həm də praktik şəkildə məşqçilərə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə